Azərbaycanda ikinci elmi məqaləm «Azərbaycan Pediatriya Jurnalı»nın 2026-cı il, 6-cı cild, 2-ci nömrəsində dərc olunub: «Tibb bacılığı/qardaşlığında güc, peşəkar otonomiya və qərarvermə».
Məqalədə 129 elmi nəşrin təhlili əsasında peşəkar otonomiya, klinik qərarvermə, təşkilati dəstək və liderliyin tibb bacılığında peşəkar gücün formalaşmasına təsiri araşdırılıb.
Nəticələr göstərir ki, peşəkar güc yalnız fərdi bilik və bacarıqlardan ibarət deyil. Bu gücün formalaşması üçün aydın səlahiyyət bölgüsü, dəstəkləyici rəhbərlik, peşələrarası əməkdaşlıq və qərarvermə proseslərində real iştirak vacibdir.
Tibb bacılığında otonomiya bir imtiyaz deyil, peşəkar məsuliyyətin və keyfiyyətli pasiyent qayğısının ayrılmaz hissəsidir.
Biblioqrafik məlumat: Azərbaycan Pediatriya Jurnalı, 2026, Cild 6, № 2, səh. 71.