11–13 fevralda təşkil etdiyimiz Tibb Bacılığı Vorkşopu başa çatdı.

Cərrahi, daxili xəstəliklər, ictimai sağlamlıq, uşaq sağlamlığı və xəstəlikləri və psixiatriya tibb bacılığı sahələrində təcrübəli professor, dosent və doktor dərəcəli akademik heyət üzvü olan tibb bacıları, prosesə töhfə vermək istəyən həkimlər və QUTSEF komandası bir araya gəldi.

Üç günlük proqramın məqsədləri: ikinci tədris ili üçün kurrikulum xəritəsinin (curriculum mapping) hazırlanması, blok strukturunun inkişaf etdirilməsi və müasir, elmə əsaslanan və cəmiyyətyönümlü tibb bacılığı təhsili modelinin qurulması.

Töhfə verən bütün akademik heyət üzvlərinə, həkimlərə və QUTSEF komandasına təşəkkür edirik.

Mənbə: Instagram paylaşımı, 15 fevral 2026