Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi olaraq üç həftə davam edən, təlimçilərin təlimini (TOT) də əhatə edən intensiv təlim proqramını başa vurduq.
Proqramımız peşələrarası təhsil (IPE) yanaşması ilə formalaşır: tibb və tibb bacılığı tələbələri eyni dam altında, inteqrasiya olunmuş sistemlə irəliləyirlər.
Prosesə Türkiyədən gələn müəllimlərimiz də töhfə verdilər.