1 avqust 2025-ci il tarixindən Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin Tibb Bacılığı/Qardaşlığı Bölməsinin rəhbəri kimi fəaliyyətə başladım.
Bu vəzifəni Azərbaycanda tibb bacılığı peşəsinin akademik əsaslar üzərində yenidən qurulması, həm sahədə, həm də auditoriyada güclü tibb bacılarının yetişdirilməsi və peşənin bir elm və liderlik sahəsi kimi mövqeləndirilməsi üçün bir fürsət kimi görürəm.
Vəzifəmi bölmə rəhbərliyi ilə yanaşı kliniki tibb bacısı kimliyimlə də yerinə yetirərək universitetimizin klinikasında tibb bacılığının idarə edilməsinə, təhsilinə və pasiyent qayğısına töhfə verəcəyəm.