Qarabağ Universiteti Klinikasında çalışan tibb bacılarımızla 3 aylıq fəaliyyət planı təqdimatlarını keçirdik.
Təqdimatlarda klinikanın qurulması işlərini və pasiyent qəbulu proseslərini planlaşdıran, eyni zamanda tibb bacısı-təlimçi (nursing educator) kimi dərs deyən, bacarıq (skills) dərslərində praktik məşğələlər aparan, CBE, ART və Research xətlərində dərs hazırlayıb aparan tibb bacıları var idi.
Fakültəmizin və klinikamızın məqsədi tibb bacısının yalnız müalicə və qayğı göstərən rolunu deyil, həm də tədqiqatçı, təlimçi, lider, müdafiəçi və idarəçi rollarını görünən etməkdir.