10 iyul 2026-cı ildə Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin I ilinin Proqramın Qiymətləndirilməsi Simpoziumunu tələbələrimiz və bütün maraqlı tərəflərimizlə birlikdə keçirdik.
Qurucu komanda olaraq nələri planlaşdırdığımızı, nələri həyata keçirdiyimizi, hansı çətinliklərlə qarşılaşdığımızı və nələri daha yaxşı edə biləcəyimizi birlikdə dəyərləndirdik.
Tələbələrimiz universitetimizin və proqramımızın SWOT təhlilini hazırladılar. Müzakirələrdən əldə edilən nəticələr proqram direktorları olaraq hazırladığımız I il yekun hesabatına daxil edildi.
Bir il ərzində icra etdiyim vəzifəmi bu təqdimatla tamamladım.