Azərbaycanda dərc olunan ilk məqaləmiz oxucularla görüşdü. Məqaləni həkim həmkarım Dr. Şirxan Əmikişiyev ilə birlikdə yazdıq.
Məqalədə tibb bacısı/qardaşı–həkim əməkdaşlığını peşəkar rol sərhədləri, qarşılıqlı məsuliyyətlər və komanda əsaslı qayğı baxımından araşdırdıq.
Pasiyent təhlükəsizliyi, effektiv ünsiyyət, birgə qərarvermə və qarşılıqlı hörmət müasir səhiyyə sistemlərinin əsasını təşkil edir. Bu iş məhz bu ortaq baxışa töhfə vermək məqsədilə hazırlanıb.
Biblioqrafik məlumat: «Səhiyyə xidmətlərində tibb bacısı/qardaşı və həkim əməkdaşlığı: peşəkar rol kimliyi, məsuliyyət sərhədləri və komanda əsaslı qayğı», Azərbaycan Pediatriya Jurnalı, 2026, 6(1), 50–64.