Azərbaycan Nefroloqlar Cəmiyyətinin təşkil etdiyi «Dializ Məktəbi 2026» 4 oktyabrda Bakıda (Holiday Inn Baku) həkimləri və tibb bacılarını/qardaşlarını bir araya gətirdi.
Proqramda həm moderator, həm də «Dializ bölməsində infeksiyaya nəzarət: protokollar, səhvlər və real həyat təcrübəsi» mövzusunda təlimçi kimi iştirak etdim.
Proqram çərçivəsində dializ tibb bacıları və orta tibb personalı üçün ayrıca kurs təşkil olundu. Tibb bacılarının dializ xidmətinin keyfiyyəti və pasiyent təhlükəsizliyindəki rolunun belə geniş elmi proqram daxilində ayrıca ön plana çıxarılmasını çox dəyərli hesab edirəm.
Təşkilatçılığa və proqramın sonunda təqdim edilən kitab hədiyyəsinə görə Azərbaycan Nefroloqlar Cəmiyyətinə təşəkkür edirəm.