24 oktyabrda Azərbaycan Tibb Bacıları Assosiasiyası və Appro Hospitalın birgə təşkil etdiyi «Müasir Tibb Bacılığı: Yeni Yanaşmalar və İnkişaf Perspektivləri» tədbirində dəvətli məruzəçi idim.

«Tibb bacısı xidmətində strateji idarəetmə və liderlik» sessiyasında videolar izlədik, interaktiv tapşırıqlar yerinə yetirdik, iştirakçılar şəxsi SWOT təhlillərini hazırladılar və nəticələri birlikdə müzakirə etdik.

Dəvətə və təşkilatçılığa görə Azərbaycan Tibb Bacıları Assosiasiyasına, Appro Hospitalın rəhbərliyinə və töhfə verən bütün həmkarlarıma təşəkkür edirəm.

Mənbə: Instagram paylaşımı, 26 oktyabr 2026