Elmi fəaliyyət · Məqalə

Hemşirelerin İş Yaşamında Ayrımcılığa İlişkin Algılarının Belirlenmesi

  • MüəlliflərGülşah Ünsal Jafarov, Aytolan Yıldırım
  • Nəşrİnönü Üniversitesi Sağlık Hizmetleri Meslek Yüksek Okulu Dergisi, 2020, 8(3), s. 749-762
  • DOI10.33715/inonusaglik.755022
  • GirişAçıq giriş · CC BY

Xülasə

Tədqiqat tibb bacılarının həm iş mühitində, həm də pasiyent qayğısı praktikasında ayrı-seçkiliyi necə qavradıqlarını üzə çıxarmağı məqsəd qoymuşdur.

Təsviri dizaynda planlaşdırılmış tədqiqatın məlumatları İstanbulun Avropa hissəsində bir özəl və bir dövlət universitet xəstəxanasında çalışan, əlverişli seçmə üsulu ilə seçilmiş 291 tibb bacısından toplanmışdır. Məlumat aləti tədqiqatçının hazırladığı, 39 ifadədən ibarət 5 dərəcəli Likert tipli sorğu formasıdır. Qərarsızlıq nöqtəsi kimi qəbul edilən 2,00 baldan yuxarı olan ifadələr yüksək, aşağı olanlar isə aşağı səviyyəli ayrı-seçkilik kimi şərh edilmişdir.

Pasiyent qayğısında ən yüksək orta göstəricini alan ifadələr bunlardır: müşayiətçisi olmayan pasiyentlərin iş yükünü artırdığının düşünülməsi (2,49), VIP pasiyentlərə daha çox diqqət göstərilməsi (2,42) və yatağa bağlı pasiyentlərin qayğısının iş yükünün artması kimi görülməsi (2,36). İş mühitində isə həkimlərin personala iş gördürmək gücünün tibb bacılarına nisbətən daha çox olması (2,64), rəhbərlərin performans qiymətləndirməsində obyektiv davranmaması (2,50) və siqaret çəkən tibb bacılarının iş saatı ərzində daha uzun istirahət etməsi (2,45) ilk sıralarda yer almışdır.

Ayrı-seçkilik qavrayışının orta göstəricilərinin tibb bacılarının bəzi demoqrafik xüsusiyyətlərinə görə fərqləndiyi müəyyən edilmişdir.

Açar sözlər: ayrı-seçkilik qavrayışı, tibb bacıları, iş mühiti, pasiyent qayğısı, əmək həyatı

Bu xülasə nəşrin annotasiyası əsasında sayt üçün hazırlanıb. İstinad üçün nəşrin özündən istifadə edin.